Modern.az

Futbol stadionunda faciə- 74 ölü, 100 yaralı - VİDEO

Futbol stadionunda faciə- 74 ölü, 100 yaralı - VİDEO

Təhsil

2 Fevral 2012, 10:57

Misirdə futbol stadionunda dəhşətli hadisə baş verib. Port-Səid şəhərində keçirilən "Əl Masri" - "Əl Əhli" matçından sonra yaşanan insident zamanı ən azı 73 nəfərin öldüyü, 100 nəfərin isə ağır yaralandığı bildirilir. Uzun illərdir aralarında düşmənçilik olan iki komandanın qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn meydan sahiblərinin azarkeşlərinin stadiona axışması ilə başlayan insidentdə əlbəyaxa savaş ölümlərə yol açıb. Məlumatlara görə, azarkeşlərin əksəriyyətinin üzərində bıçaq olub. Stadionun təhlükəsizlik xidməti də baş verənlərin qarşısını almaqda çətinlik çəkib.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal