2 fevral Gənclər Günü ərəfəsində Heydər Əliyev Fondunun dəstəyilə Bakının Səbail rayonunda valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədov üçün toy mərasimi keçirilib.
Səbail rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, mərasim «Neolit» şadlıq sarayında təşkil olunub. Toyda Heydər Əliyev Fondunun nümayəndələri Məhəbbət Mehdiyeva və İlqar Mustafayev iştirak ediblər.
Fondun nümayəndələri yeni ailə həyatı quran gəncləri – Tofiq və Elinanı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın adından təbrik ediblər.
Tədbirdə Səbail rayonuney ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Fəxri Fərman və qiymətli hədiyyələr də təqdim olunub.
Mərasim populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Səbail rayon sakini, Tofiq Əhədov hələ yetkinlik yaşına çatmayanda İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən himayəyə alınıb, onun yaşayışına, təhsilini başa vurmasına, sonradan isə işlər təmin olunmasına köməklik göstərilib.
Modern.az