“Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün tikilən binanın 2013-cü ilin avqustunda istifadəyə verilməsi planlaşdırılır”. AzərTAc-a danışan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov belə deyib.
Asif Əsgərov qeyd edib ki, 2010-cu ildə dövlət başçısının sərəncamına əsasən, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonun ərazisində, Əhəd Yaqubov küçəsində KİV nümayəndələri üçün 146 mənzilli yeni binanın tikintisi ilə bağlı qərar qəbul olunub.
Yanvarın 31-də “Media forum” saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, jurnalistlər üçün tikilən binanın 5 mərtəbəsi hazırdır.
Jurnalistlər üçün tikilən bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir.
Modern.az