Azərbaycanı bürüyən qar və çovğunun dağ rayonlarında daha ciddi fəsadlar yaratması şübhəsizdir.
Modern.az dağ rayonlarında vəziyyəti öyrənmək üçün bu rayonların deputatları ilə əlaqə saxlayıb.
104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin deputatı Rafiq Məmmədhəsənov bildirib ki, qar yağan kimi Gədəbəydə yollarda ciddi problem olur: “Ancaq hələ ki, qarşıya elə ciddi problem çıxmayıb. Burada vəziyyət belədirsə, görün Gədəbəydə necədir. Bu, təbiətin işidir. Ona görə də bundan nəsə düzəltməyə ehtiyac uoxdur. Rayonla kəndlərin əlaqəsi olan yollar qarla örtülüb. Rayonun özündə isə hərəkət var”.
Modern.az