Azərbaycanı bürüyən qar və çovğunun dağ rayonlarında daha ciddi fəsadlar yaratması şübhəsizdir.
Modern.az dağ rayonlarında vəziyyəti öyrənmək üçün bu rayonların deputatları ilə əlaqə saxlayıb.
78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovun köməkçisi Elman Rəcəbov saytımıza deyib ki, rayon mərkəzində qarın qalınlığı təxminən 40-50 santımetrdir: “Bu da onunla bağlıdır ki, bundan əvvəl yağan qar əriməmiş yenidən qar yağdı. Bizim rayonu Lənkəranla birləşdirən yol açıqdır. Rayon mərkəzində qaz, su, işıq təchizatında heç bir problem yoxdur. İndiyə qədər nə Rayon Fövqəladə Hallar Komissiyasına, nə də deputat İqbal Məmmədova hansısa problemlə bağlı müraciət olunmayıb. Hələlik problemimiz yoxdur”.
Modern.az