Modern.az

Oqtay Əsədov: “Mövcud olmayan problemdən təzyiq kimi istifadə cəhdlərini qəbul edə bilmərik”

Oqtay Əsədov: “Mövcud olmayan problemdən təzyiq kimi istifadə cəhdlərini qəbul edə bilmərik”

Təhsil

2 Fevral 2012, 15:44

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşüb.

AzərTAc-ın məlumatına görə, Oqtay Əsədov bildirib ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrin inkişafında maraqlıdır: “Ölkəmiz bu günədək qurumun 55 sənədinə qoşulub. Biz təşkilat qarşısında götürdüyümüz öhdəliklərə daim hörmətlə yanaşmış və onları ardıcıl olaraq həyata keçirmişik. Bu öhdəliklərdən 3-ü qismən, qalanları isə bütövlükdə yerinə yetirilib. Öhdəliklərin tam yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir”.

Spiker vurğulayıb ki, Avropa Şurasında “siyasi məhbus” anlayışı ilə bağlı problemlər yenidən baş qaldırıb, bu sahədə meyarların müəyyənləşdirilməsi məsələsi gündəmə gəlib: “Zənnimizcə, siyasi məhbus anlayışı ilə bağlı hüquqi sənəd olmadan və meyarlar tam müəyyənləşdirilmədən hər hansı bir ölkədə bu məslə ilə əlaqədar araşdırılmaların aparılması əsassızdır. Rusiya, Ukrayna, Belarus kimi ölkələrdə mövcud “siyasi məhbus” problemi AŞPA-nın monitorinq proseduru çərçivəsində araşdırıldığı halda Azərbaycana münasibətdə bu məsələnin hüquqi işlər və insan haqları komitəsinin mandatına verilməsi qurumun ölkəmizə münasibətdə fərqli siyasət yeritdiyindən xəbər verir. Bu ikili standart Azərbaycan ictimaiyyətini narahat edir. Belə hesab edirik ki, bu məsələnin araşdırılmasının monitorinq proseduruna qaytarılması ədalətli olardı. Biz ölkələrə münasibətdə ikili standartların tətbiq edilməsini və mövcud olmayan problemdən təzyiq kimi istifadə cəhdlərini qəbul edə bilmərik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal