Abşeron rayonunun Qobu qəsəbəsində həyat sönüb. Bu barədə Modern.az saytına qəsəbədə yaşayan “Gun.az” saytının parlament müxbiri Kamil Həmzəoğlu məlumat verib.
O, qeyd edib ki, qəsəbəyə qaz ümumiyyətlə çəkilməyib. İşıqlar isə fasilələrlə verilsə də dünəndən kəsilib. Suyun isə olmadığını bildirib.
Jurnalist Qobuda qarın qalınlığının dağ rayonları ilə müqayisə ediləcək qədər çox olduğunu deyib.
Qəsəbədə yaşamağın dözülməz hala gəldiyini deyən jurnalist problemlə dövlət qurumların maraqlanmadığını dilə gətirib.
Kamil Həmzəoğlu problemin həlli üçün qadın deputatlara müraciət edib.
Modern.az