Modern.az

Elxan Poluxov etimadnaməsini Prezidentə təqdim edib

Elxan Poluxov etimadnaməsini Prezidentə təqdim edib

Təhsil

2 Fevral 2012, 19:04

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poloxov öz etimadnaməsini Prezidentin iqamətgahına təqdim edib.

Bu barədə Modern.az saytın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib. Nazirlikdən bildirilib ki, Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən verilən məlumata əsasən, dünən Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov öz etimadnamələrini Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumaya Prezident İqamətgahında təqdim edib. Y.Zuma ilə aparılan  söhbət zamanı səfir E.Poluxov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını ona çatdırıb  və Azərbaycan Respublikasının Cənubi Afrikada ilk səfiri olmasından şərəf duyduğunu bildirib. Ölkələr arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini vurğulayan E.Poluxov bu vəzifəsində olduğu müddət ərzində Azərbaycanla CAR arasinda əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal