Modern.az

“Azərbaycan ideyası” qəzetinin əməkdaşı 5000 dollar alarkən tutulub

“Azərbaycan ideyası” qəzetinin əməkdaşı 5000 dollar alarkən tutulub

2 Fevral 2012, 20:13

Bakıda jurnalist tutulub. Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin verdiyi məlumata görə, I Zabrat qəsəbə sakini Müştaba Əliyev özünü “Azərbaycan İdeyası” qəzetinin əməkdaşı kimi təqdim edərək Mərdəkan qəsəbə sakini Kamil Şükürov barəsində qəzetlərdə rüsvayedici məqalələr dərc edəcəyi ilə ona hədə-qorxu gəlib. 
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müştaba Əliyev K.Şükürovdan 5000 dollar pul alarkən tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi