Modern.az

AŞPA həmməruzəçiləri: “Ümidimiz var ki, Azərbaycanda o məhbuslar tezliklə azad olunacaq”

AŞPA həmməruzəçiləri: “Ümidimiz var ki, Azərbaycanda o məhbuslar tezliklə azad olunacaq”

Təhsil

2 Fevral 2012, 20:50

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Jozef Debono Qrex Bakıda mətbuat konfransı keçiriblər.

“Azadlıq” radiosu xəbər verir ki, həmməruzəçilər ötən ilin 2 aprel mitinqində həbs edilən siyasi məhbusların tezliklə azad olunacağına inandıqlarını bildiriblər.

“Azərbaycan rəsmiləri iddia edirlər ki, 2 apreldə həbs olunanlar siyasi motivlərlə deyil, qanunu pozduqlarına görə həbs olunublar. Belə yanaşmaya Sizin münasibətiniz necədir” sualına cavabda Pedro Agramunt deyib:

“Bizim münasibətimiz əhəmiyytli deyil. Biz hakimiyyət nümayəndələrindən də, həbs olunanlardan da onların münasibətini öyrəndik. Bizə elə gəlir ki, bu xüsusi bir vəziyyətdir və çox böyük ümidlərmiz var ki, məhbuslar tezliklə azad olunacaqlar. Biz aydın şəkildə fikrimizi ifadə etdik ki, nümayiş vaxtı həbs olunanlar azad olunacaqlar və buna güclü ümidimiz var”.
Həmməruzəçilər deyiblər ki, ölkə rəhbərliyi ilə müzaikrələrdə 2 aprel mitinqində həbs olunan 16 nəfərin məsələsini qaldırıblar və onların azad olunacağəna ümudlərini ifadə ediblər.

Pedro Aqramunt Bakıda evlərin sökülməsi haqda bildirib ki, onlar ölkə rəhbərliyini daha çox şəffaflığa və kompensasiyaların daha ədalətli ödənilməsinə çağırıblar.

Qarabağ problemi haqda həmməruzəçilər belə düşünürlər ki, bu, əslində "donmuş münaqişə" deyil. “Sərhəd zonasında hər il insanlar həlak olur və bu bizi narahat edir”.

Həmməruzəçilər yanvarın 31-dən Bakıdadırlar. Onlar Azərbaycan rəsmiləri, müxalifət və ictimaiyyət nümayəndələri ilə görüşüblər. Məqsəd Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının vəziyyəti ilə tanış olmaqdır.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal