Modern.az

Azərbaycanın əsas magistral yollarında avtomobillərin hərəkatı bərpa olunub

Azərbaycanın əsas magistral yollarında avtomobillərin hərəkatı bərpa olunub

Təhsil

3 Fevral 2012, 11:17

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev verdiyi məlumata görə,  Bakı şəhərində və əsas magistral yollarda avtomobillərin hərəkəti yenidən bərpa olunub. Buna baxmayaraq o, bəzi enişli-yoxuşlu yerlərdə yolların şaxta nəticəsində buz bağladığını qeyd edib.

“Şəki-Balakən-Zaqatala, İsmayıllı-Muğannı yolunda hazırda qar yağmağa davam edir. Ancaq yolda nəqliyyatın hərəkəti məhdudlaşmayıb. Bakı-Şamaxı-Yevlax yolu və Ağsu aşırımında yolun hərəkət hissəsinə qarın çox yağması səbəbindən nəqliyyatın hərəkətində qismən məhdudlaşma var”.

K.Əliyev dünən şaxtalı və küləkli havada respubllikada 6 yol nəqliyyatı hadisəsinin baş verdiyini və bunun nəticəsində 2 nəfərin öldüyünü bildirib. Yol qəzalarında 5 nəfər yaralanıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal