Sumqayıtda dəhşətli hadisə baş verib. Yaşayış evində baş verən yanğın üç nəfərin ölümü ilə nəticələnib.
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın zamanı evdə olan 3 nəfər – 35 yaşlı Afaq Məmmədov və onun iki azyaşlı övladı, 6 yaşlı Aydan və 2 yaşlı Anar yanaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Modern.az