Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 4-də gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında isə fevralın 4-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 23-28 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Hava şəraitinin qısa icmalına gəlincə isə fevralın 4-də hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək.
Modern.az