Modern.az

Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR

Xomeyni İrana yenidən “qayıtdı” - FOTOLAR

Təhsil

3 Fevral 2012, 12:48

İranı İslam Respublikasına çevirən və ölkənin ali ruhani lideri olaraq qəbul edilən mərhum Ayətullah Xomeyni Tehranda təşkil edilən maraqlı əsgəri mərasimlə yad edilib.

Modern.az bildirir ki, bu mərasimdə Xomeyninin 14 illik Fransa sürgünündən qayıdıb, 1 fevral 1979-cu ildə İran torpağına ayaq basması canlandırılıb.

Belə ki, mərasimdə təyyarədən Xomeyninin kartondan düzəldmiş maketi endirilib. İki əsgər tərəfindən tutulan maket təyyarədən “düşdükdən” sonra onu qarşılayan mərasim iştirakçılarının qarşısından “keçib”. Bu vaxt əsgərlər Xomeyninin maketi qarşılarından “keçərkən” ona salam veriblər.

Mərasim bununla da bitmir. Xomeyninin maketi mərasim iştirakçılarını “salamladıqdan” sonra onu gözləyən maşına “minib” və “çevrilişi” başlatmaq üçün yola düşüb.

Bu mərasimin fotoları “Mehr” xəbər agentliyi tərəfindən dünyaya yayılandan sonra sosial şəbəkələrdə və bloqlarda lağlağı obyekti olub.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal