Modern.az

Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib

Hafiz Hacıyev Qərbi azərbaycanlılardan kömək istəyib

Təhsil

3 Fevral 2012, 15:43

Bu gün Müsair Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın sədri Hafiz Hacıyev əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı və iş adamları ilə görüş keçirib.  Partiyadan Modern.az-a verilən məlumata görə, bu görüşdə də  diktatorlara qarşı dünyanı bürümüş xalq üsyanları və bu hadisələrin  Azərbaycan üçün mənfi və müsbət tərəfləri həmçinin siyasi  baxımdan hər iki tərəfin baş verənlərdən  gözləntiləri müzakirə edilib. Müzakirələr zamanı qeyd edilib ki, bəzi  ölkələrdə inqilaba zəmin yaradan əsas səbəblərdən ən başlıcası məmur özbaşınalığı, rüşvətin və korrupsiyanın pik həddə çatması, işsizlik, söz azadlığının məhdudlaşdırılmasının xalqa  vurduğu zərbədir.

Toplantıda Qərbi azərbaycanlıların  yaranacaq hər hansı  situasiyada tutacaqları mövqe müzakirə edilib.həmin regiondan olan ziyalılar qeyd ediblər ki, tarix boyu Azərbaycanda baş verən hadisələrdə həmişə aparıcı rol oynayıblar. Ancaq buna baxmayaraq zaman –zaman müəyyən qüvvələr bu xidmətləri heçə endirməyə çalışıblar və qismən də olsa buna nail olublar. Belə ki, üzdə olan nüfuzlu şəxslər muxtəlif bəhanələrlə ləkələnərək fiziki və mənəvi cəhətdən məhv ediliblər. İndi müəyyən qüvvələr hadisələrin gərginləşdiyi vaxtda yenidən Qərbi Azərbaycan faktorundan istifadə  etməyə çalışırlar. Ancaq bu dəfə onlar baş verə biləcək proseslərdən mümkün  dərıcıdə uzaq qalmağa calışacağıqlarını bəyan ediblər.

Sonra toplantıda MMP-nin mart ayından başlayaraq  siyasi aktivliyini artırmaq planı  müzakirə edilib. Həmişə olduğu kimi  partiya sədri H.Hacıyev  bu planlarını uğurla həyata keçirmək üçün Qərbi azərbaycanlılardan kömək istəyib.
Bildirilir ki, son illər müəyyən qüvvələr tərəfindən sıxışdırılan  narazı elektorat H.Hacıyevin bu təklifini razılıqla qarşılayıb. Əgər verilən sözlər tutularsa MMP-nin planlaşdırdığı bütün məqamlarda Qərbi azərbaycanlılar  mümkün imkanlarından istifadə  edərək partiyaya köməklik vədi veriblər.

Toplantının sonunda 2013-cü il prezident seçkisində MMP sədri Hafiz  Haciyevin  iştirak etməsi üçün partiya üzvlərinin çoxsaylı müraciətləri müzakirə edilib. Partiya üzvlərinin müraciətinə hörmətlə yanaşdığını qeyd edən partiya sədri yaxın gələcəkdə bu məsələnin geniş müzakirəyə çıxaracaqlarını deyib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal