Modern.az

İlham Əliyev Soçidə Ruhani ilə görüşəcək

İlham Əliyev Soçidə Ruhani ilə görüşəcək

11 Avqust 2019, 15:31

İran Prezidenti Həsən Ruhani Soçidə Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində hər iki ölkədən olan həmkarı ilə təkbətək görüş keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili bildirib.

P. İsmaili "RİA Novosti" agentliyinə deyib ki, H. Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərlə əlaqədar məsələləri müzakirə edəcək.

Azərbaycan, Rusiya və İran sammiti avqustun 14-də Soçidə keçiriləcək. Sammitdə birgə bəyanat qəbul ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir