Modern.az

Qaxda 16 yaşlı qız bıçaqlandı

Qaxda 16 yaşlı qız bıçaqlandı

Aktual

11 Avqust 2019, 21:41

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Zəyəm kənd sakini, 2003-cü il təvəllüdlü Aysun Mahir qızı Muradlı qarın boşluğunda iki bıçaq yarası xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən verilən məlumatda bildirilir ki, A.Muradlı xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir