Modern.az

Sabunçuda ər hamilə arvadına 19 bıçaq vurdu

Sabunçuda ər hamilə arvadına 19 bıçaq vurdu

12 Avqust 2019, 09:55

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

 

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

 

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Onların 4 övladı var.

 

 "Report"

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir