Bakı Metropoliteninin “28 May” stansiyasında 3 ay əvvəl istifadəsi dayandırılan eskalatorun yoxlanması işləri tamamlanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, istehlakçı şirkət tərəfindən eskalatorlara baxış keçirilib:
"Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Əvvəldən əldə edilmiş razılaşmaya görə, onlar istədikləri zaman eskalatorların vəziyyətini təftiş edə bilər və “Bakı Metropoliteni” buna şərait yaratmalıdır. Artıq eskalatorda işlər bitib”.