Modern.az

Bəşər Əsədi devirmə planının detalları açıqlandı

Bəşər Əsədi devirmə planının detalları açıqlandı

7 Fevral 2012, 15:28

“ABŞ və Qərb dövlətləri tərəfindən hazırlanan plana görə, Türkiyə bir müddət sonra Suriya ərazisinə girərək suriyalı müxalifləri sılahlandıracaq”.
Modern.az saytı bildirir ki, bu məlumatı İranın dövlət kanalı olan “Press TV” etibarlı mənbələrə istinadən yayıb. Məlumatda qeyd edilir ki, bu plana görə, İsrail də Suriya silahlı qüvvələrinin önəmli hissələrini vuracaq. 

“Press TV”nin xəbərinə görə,  plan çərçivəsində əvvəlcə çeşidli ölkələrin Suriyadakı səfirlikləri müxalifətin hücumuna məruz qalacaq və bu yolla Əsəd rejimi dünya ictiamiyyətinin gözündə daha da gözdən salınacaq.
Adıçəkilən telekanalın iddiasına görə, Vaşinqton daha sonra vəhabi döyüşçülərlə Liviyadan gələrək Fəth ül İslam milislərini silahlandıracaq, Suriya sərhədindəki kəndlərin ələ keçirilməsinə yardımçı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər