Modern.az

Venesiyada kanalında çimən turistlər cərimələndi

Venesiyada kanalında çimən turistlər cərimələndi

Dünya

25 Avqust 2019, 21:37

İki norveçli gənc turist qız gecə saatlarında Venesiyada kanalda çimdikləri üçün hər biri 450 avro məbləğində cərimə edilib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, turistlərin Rio-di-Kannareco kanalında çimməsini şəhər polisləri görüb və onları sudan çıxarıb. Həmin turist xanımlara şəhərindən uzaqlaşmaq əmr edilib.

Polis 28 yaşlı gənc turist qızların Berqen şəhərindən olduqlarını söyləyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi