Modern.az

\"Qarabağ\"dan daha bir qələbə

\

25 Avqust 2019, 22:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki,  "Azersun Arena"da keçirilən qarşılaşmada "Qarabağ" "Qəbələ"ni qəbul edib.

Oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 61-cı dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə isə Maqaye Qeye fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Abdullah Zubir qonaq komandanı növbəti dəfə məyus edib.

Bu nəticədən sonra "Qarabağ" 6-cı xalını qazanıb.

Qeyd edək ki, turun digər oyunlarında "Keşlə" səfərdə "Sabah"ı (1:0), "Səbail" isə səfərdə "Sumqayıt"ı məğlub edib (3:0). İkinci tura sabah keçiriləcək "Zirə" - "Neftçi" oyunu ilə yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI