Monako knyazlığının turizm idarəsi 2019-cu ilin 6 ayında ölkəyə gələn turist sayını açıqlayıb.
Modern.az xəbər verir ki, hesabatda istirahət məqsədilə knyazlığa gələnlərin sayının 2018-ci ilə müqayisədə 135% artdığı qeyd olunur.
Ən çox artımı Özbəkistan vətəndaşları göstərib. Onların sayı ötən illə müqayisədə 1063% artıb. Monakoya gedən Gürcüstan vətəndaşlarının sayı (95%), Belarus vətəndaşları 74% və Rusiya vətəndaşları isə 39% artıb.