“Bakı şəhərində yol qəzaları ən çox 18:00-dan 00:00 aralığında, yəni axşam saatlarında olur. Xüsusilə şənbə-bazar günləri qəza hadisəsi daha çox baş verir”.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
“Qəza ən çox sürət həddinin artma ehtimalı olan küçə və prospektlərdə olur . Ziya Bünyadov, Tbilisi, Heydər Əliyev prospektində qəzalar daha çox qeydə alınır. Qəza törədən insanların əksəriyyəti 26-40 yaş aralığındadır”.
Vaqif Əsədovun sözlərinə görə, ölkədə baş verən qəzalarının 39 faizi paytaxt Bakının payına düşür.
“Statistik göstəricilər qabaqlayıcı keçirilən profilaktik tədbirlər onu göstərir ki, Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələri bütün göstəricilər üzrə minimuma enib. Yəni hadisələr, ölüm faktı və xəsarət alanların da sayında azalma var. Buna səbəb yeni texnologiyaların , İ-patrul, kamera sistemlərinin tətbiqidir. Əvvəllər qəzaların baş vermə səbinin 45 faizi sürət həddinə görə olurdusa, artıq bu göstərici 27 faizədək azalıb. Çünki əvvəllər sürət həddini ölçən kamera yox idi lakin indi 10 km/saat sürət həddinə görə cərimə var. Sürücülərin sürət həddinə əməl etməsi qəzaların 27 faizə düşməsinin başlıca göstəricisidir”.