Modern.az

İran Fars körfəzində ada inşa edir

İran Fars körfəzində ada inşa edir

30 Avqust 2019, 17:43

İran İnqilabnın Keşikçiləri Korpusu son aylarda böyük gərginliyin yaşandığı  Bəsrə Körfəzində süni ada inşa edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiş adası yaxınlığında 500 metr məsafəni əhatə edəcək adanın əyləncə və yaşayış məqsədi ilə istifadə ediləcəyi deyilir.  Bu gün imzalanan müqavilədə süni adanın “Hatemül Enbiya” şirkəti tərəfindən inşa ediləcəyi qeyd olunub.  Adıçəkilən təşkilat İranın ən böyük podratçı tikinti şirkətlərindən biridir.

Qeyd edək ki, Bəsrə körfəzində son aylarda bəzi adalara edilən hücum cəhdləri və ABŞ-a aid dronların  İran tərəfindən vurulması körfəzdə gərginliyin yaranmasına səbəb olmuşdu.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama