Modern.az

ABŞ dövlət katibinin köməkçisi Qafqaza gəlir

ABŞ dövlət katibinin köməkçisi Qafqaza gəlir

Dünya

6 Sentyabr 2019, 00:44

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker sentyabrın 7-də Gürcüstana səfər edəcək.

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Sentyabrın 10-a qədər davam edəcək səfər çərçivəsində Departament nümayəndəsi Tbilisidə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

F.Riker həmçinin Gürcüstan hökumətinin rəsmiləri, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi