Modern.az

Jurnalistlər üçün daha bir müsabiqə başa çatdı

Jurnalistlər üçün daha bir müsabiqə başa çatdı

Təhsil

13 Fevral 2012, 14:33

Multimedia Mərkəzinin həyata keçirdiyi  “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin müsabiqəsi başa çatmaq üzrədir.

Mərkəzdən Modern.az-a bildirilib ki, müsabiqəyə yazıların təqdim olunması 10 fevral 2012-ci il tarixdə başa çatıb. Bu müddət ərzində müsabiqəyə müxtəlif qəzet və xəbər portallarında dərc olunmuş 13 məqalə təqdim edilib. Materiallar anonimliyi saxlanılmaqla münsiflər heyətinin üzvlərinə  göndərilib.

Qiymətləndirmə prosesi fevral ayının 20-dək davam edəcək.

Münsiflər Heyəti  İKT və media sahəsinin ekspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılıb.

Nəticələrin elan olunması və mükafatlandırılma mərasiminin fevral ayının sonunda keçirilməsi nəzərdə tutulub.

2006-cı ildən  başlayaraq  hər il  keçirilən bu Layihənin və  Müsabiqənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.


Layihə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ULTRA şirkətinin birgə iştirakı ilə gerçəkləşdirilir. 


Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal