Modern.az

Çində ZƏLZƏLƏ: Yaralılar var

Çində ZƏLZƏLƏ: Yaralılar var

8 Sentyabr 2019, 10:23

Çinin Siçuan vilayətində yerli vaxtla səhər 6:42-də 5,4 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Neycian şəhərinin Veyyuan qəzasında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, ikisi ağır olmaqla 29 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Yeraltı təkanlar ən azı 17 evin dağılmasına, 215 evin isə zədələnməsinə səbəb olub.

Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu