Modern.az

Kəmaləddin Heydərovun oğlu tanınmış jurnalistə vəzifə verdi

Kəmaləddin Heydərovun oğlu tanınmış jurnalistə vəzifə verdi

Aktual

9 Sentyabr 2019, 10:48

"Libraff" mağazalar şəbəkəsində yeni təyinat olub.

Modern.az xəbər verir ki, “Xəzər” TV-dən tanıdığımız aparıcı Cəlalə Nəzəroğlu "Libraff" mağazalar şəbəkəsində rəhbərlik edəcək.

Bu barədə son vaxtlaradak "ASAN radio"da çalışan C.Nəzəroğlu özü sosial şəbəkədə məlumat verib. O, göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən də Tale Heydərova təşəkkür edib.

"Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra "Libraff" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm".

Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. O, iş adamı kimi tanınıb və bir çox şirkətlərə rəhbərlik edir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI