Modern.az

Bakıda rüşvət alan polis mayoru həbs edildi

Bakıda rüşvət alan polis mayoru həbs edildi

Təhsil

13 Fevral 2012, 16:07

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri rüşvətxorluğa görə həbs edilən polis mayoru barədə birgə məlumat yayıb. Hüquq-mühafizə orqanlarından Modern.az-a daxil olan məlumatda qeyd edilib:

- 2012-ci ilin fevralın 11-də Bakı şəhər sakini R.Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H.Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim etmiş bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib. 

Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu  tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov  həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.

Fakta görə cinayət işi başlanılaraq istintaq aparılır. 

Modern.az                 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal