Modern.az

Bu gün əlverişsiz hava şəraiti kimlər üçündür?

Bu gün əlverişsiz hava şəraiti kimlər üçündür?

Təhsil

14 Fevral 2012, 09:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 14-ü Azərbaycan ərazisində əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gündüz 3-7 dərəcə istini göstərəcək.
Bakıda 4-6 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Temperaturun gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturda gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gündüz 2- dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi qıraq qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda 4-9 şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəc şaxta olacağı gözlənilir.
 
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Dağlarda duman olacaq.
Temperaturun gündüz 2-7 dərəcə isti, dağlarda 0-3 dərəcə şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza görə, son 2 həftə ərzində Azərbaycan ərazisi, o cümlədən Abşeron yarımadası Sibir antisiklonunun təsiri altında olduğundan insanlar yüksək atmosfer təzyiqinə uyğunlaşmışdırlar. Lakin fevralın 14-dən 16-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi və normadan aşağı düşməsi nəticəsində meteohəssas insanlar üçün əlverişsiz şərait yaranacaq. Bununla yanaşı, kəskin soyuqlardan sonra temperaturun tədricən yüksəlməsini müsbət amil kimi qiymətləndirmək olar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal