Modern.az

İlhamə Qasımova Avropanı təəccübləndirməkdə davam edir – FOTOLAR

İlhamə Qasımova Avropanı təəccübləndirməkdə davam edir – FOTOLAR

Reportaj

14 Fevral 2012, 12:33

Müğənninin  Ludwiqshafen şəhərindəki konsertini 3000-ə yaxın tamaşacı izləyib

Populyar müğənni İlhamə Qasımova Avropa turnesi cərcivəsində  daha iki konsertini uğurla başa vurub. Müğənninin Almaniyanın iki şəhərində kecirdiyi bu konsertləri də anşlaqla kecib. Almaniyanın məşhur konsert zallarının veb saytlarında  artıq müğənnimizin kecirdiyi bu iki möhtəşəm konsertlərin fotoları və bu barədə məlumatlar yerləşdirilib. Həmin məlumatlarda  İ.Qasımovanın fevral ayının 10-da Almaniyanın Lubeck şəhərində, “Muzikpark” da  DJ OGB ilə birgə kecirdiyi konsertinin 1700 ftamaşaçının alqış sədaları ilə başa catdığı bildirilir. Müğənni üçün bu konsertində lazer şou da təşkil olunub.
İ. Qasımovanın həmin günün sabahı, fevralın 11-də Ludwiqshafen-də, “Muzikpark”da  kecirdiyi konsertinə isə 3000-ə yaxın avropalı qatılıb. Tamaşaçıları möhtəşəm konsert proqramı ilə heyrətləndirən İ. Qasımovanın bu cıxışı coşqu ilə qarşılanıb. 3000-ə qədər tamaşacının izlədiyi bu konsertin sonunda maraqlı anlar yaşanıb. Belə ki, tamaşaçılar azərbaycanlı müğənnini konsert zalını tərk etməyə qoymayıblar. Avtoqraf almaq ücün yüzlərlə tamaşacının növbəyə düzüldüyünü görən İ. Qasımova avropalı pərəstişkarlarına bir saat ərzində imza verməli olub.








Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU