Modern.az

İqbal Ağazadə Hacıbala Abutalıbovun fəaliyyətini “topa tutdu”

İqbal Ağazadə Hacıbala Abutalıbovun fəaliyyətini “topa tutdu”

Təhsil

14 Fevral 2012, 13:46

Milli Məclisin iclasında müzakirələr zamanı çıxış edən deputat İqbal Ağazadə Bakıda qar çovğunun yaratdığı problemlərə toxunub. O qeyd edib ki, qar çovğunu Bakıda həyatı iflic edib.

“İşıq problemi yarandı. Amma televiziyaları açırsan hər yerdə işığın olduğu deyilir. Halbuki, 2-3 gün bəzi yerlərdə işıq olmurdu. Bundan əlavə, Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov deyir ki, qar yağan zaman paytaxtın yollarına 12 min ton duz töküblər. Belə çıxır ki, əgər o qədər duz töksəydilər bütün Bakının küçələri ancaq duz olardı. Belə şey necə olur? Mən hökümətin hesabatında bununla bağlı məsələ qaldıracam. Onlar bununla bağlı gəlib hesabat verməlidirlər” deyə millət vəkili vurğulayıb

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal