Modern.az

Nazir müavini: "28 bələdiyyənin fəaliyyətində ciddi pozuntu aşkarlanıb”

Nazir müavini: "28 bələdiyyənin fəaliyyətində ciddi pozuntu aşkarlanıb”

Təhsil

14 Fevral 2012, 14:13

“2011-ci ildə bələdiyyələrdəki korrupsiya pozuntuları ilə bağlı nazirliyə 38 müraciət göndərilib”. Modern.az saytı xəbər verir ki, bu haqda ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdəki çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən il nazirliyə vətəndaşlardan 2287 şikayət və müraciət daxil olub:
“Bunun 38-i korrupsiya hüquqpozmaları barədə olub və 10 müraciət prokurorluq orqanlarına göndərilib. Bundan başqa, 31 min bələdiyyə aktı ekspertizadan keçirilmək üçün Ədliyyə Nazirliyinə göndərilib. Ötən il 28 bələdiyyənin fəaliyyətində ciddi pozuntu aşkarlanıb və prokurorluğa göndərilib. Bu bələdiyyələrin 15-i barədə cinayət işi başlanıb”.

Nazir müavininin sözlərinə görə, 2011-ci ildə bələdiyyələrin hesabatlarının gizlədilməsi və məhv edilməsi hallarına rast gəlinib: “Vergilərin vaxtında yığılması tam təmin edilmir. İcarəçilərə qarşı tələbkarlıq yoxdur, bununla bağlı məhkəmələrə müraciət yox səviyyəsindədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal