Ukraynada keçmiş nazir 4 il yarım həbsdə yata bilər
Prokuror Ukraynanın keçmiş daxili işlər naziri Yuri Lutsenkonun 4,5 il azadlıqdan məhrum edilməsini istəyib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş nazir vəzifə səlahiyyətlərini aşmaqda və digər cinayətlərdə ittiham olunur.
2011-ci ilin may ayında başlayan məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir. Hökmün nə vaxt çıxarılacağı isə bilinmir.