Modern.az

Tural Gəncəliyev: “Ermənilər bununla şou yaradırlar”

Tural Gəncəliyev: “Ermənilər bununla şou yaradırlar”

13 Sentyabr 2019, 15:06

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Dağlıq Qarabağdan olan və bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüşüb.

 

 Modern.az xəbər verir ki, görüşün məqsədi icmanın gənc üzvlərinə Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması, bu istiqamətdə onların gələcəkdə daha fəal olmasını təmin etməkdir.

Tədbirdə çıxış edən Tural Gəncəliyev bildirib ki, qondarma cinayətkar rejim hazırda Azərbaycanın işğal edilmiş ərazilərində Erməni İcmasını əsarət altında saxlayaraq azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədilə öz işğal nəticələrini legitimləşdirmək üçün müxtəlif təxribat xarakterli hərəkətlərə əl atırlar.

"Erməni lobbisi bu istiqamətdə hətta seçkilər keçirir, bəzi deputat və xarici nümayəndələri bura gətirməklə beynəlxalq nümayəndələrin bura səfər etməsi adı altında "şou" yaradırlar. Lakin sübut edilməlidir görülən işlər təxribat xarakterlidir və cinayətkar qrupun düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Təbii ki, biz ora səfər edən beynəlxalq nümayəndələrinə bəyanət verib ora səfərdən çəkindiririk. Çünki bu cür səfərlərin heç bir hüquqi əsası yoxdur".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama