Modern.az

Deputat: "Türkiyə parlamentinə Xocalı hadisələrini soyqırımı kimi tanınması üçün müraciət edilib"

Deputat: "Türkiyə parlamentinə Xocalı hadisələrini soyqırımı kimi tanınması üçün müraciət edilib"

Təhsil

14 Fevral 2012, 17:55

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılması və bu yöndə qərar qəbul edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Xocalı hadisələrinin soyqırımı kimi tanınması, bu soyqırımının pislənməsi, hüquqi-siyasi qiymət verilməsi yönümündə Azərbaycan parlamenti tərəfindən bir sıra addımlar atılır.

“Bunun nəticəsi olaraq Meksika Konqresi qərar, Pakistan Senatı isə qətnamə qəbul edib, Xocalı faciəsinə soyqırımı aktı kimi tanıdıqlarını bəyan ediblər. Nəzərə alsaq ki, bu il faciənin 20-ci ildönümüdür, bu baxımdan çox istərdik ki, Azərbaycan xalqının timsalında bəşəriyyətə qarşı yönəlmiş bu vandalizm aktı bizim üçün çox yaxın olan qardaş və dost Türkiyə dövləti, onun qanunverici orqanı tərəfindən də müzakirəyə çıxarılsın və bu yöndə müvafiq qərar qəbul edilsin”.

Millət vəkilinin sözlərinə görə, parlamentlərarası əlaqələr üzrə işçi qrupu artıq müraciət ünvanlayıb.

“İnanır və gözləyirik ki, onlar bizim müraciətimizə müsbət cavab verəcək və faciənin 20-ci ildönümü ərəfəsində bu yöndə müzakirələr açacaq və sözügedən vandalizm aktını soyqırımı aktı kimi tanıyan qərar qəbul edəcək”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal