Fevralın 14-də UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunlarına start verilib. Modern.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Rusiyada yerli "Rubin" (Kazan) klubu doğma azarkeşləri önündə Yunanıstan "Olimpiakos"unu qəbul edib. Görüşün taleyini bir qol həll edib. Torrijosun vurduğu qol yunanlara qələbə qazandırıb.
Azərbaycanlı futbolsevərlərin diqqəti isə Portuqaliyaya yönəlib. Burada yerli "Braqa" klubu Türkiyə "Beşiktaş"ını sınağa çəkib. "Qara qartal" ötən ilin finalçısını məğlub etməyi bacarıb. Hər hissədə bir dəfə fərqlənən "Beşiktaş" səfərdən qələbə ilə dönüb - 2:0. Bununla da “Beşiktaş” necə deyərlər, bu günün işini sabaha saxlamadı…
Qeyd edək ki, bu mərhələnin qalan görüşləri fevralın 16-da keçiriləcək.
AvroLiqa - 1/16 final
"Rubin" (Rusiya) - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: Torrijos, 71 (0:1)
"Braqa" (Portuqaliya) – "Beşiktaş" (Türkiyə) - 0:2
Qollar: Sivok, 37 (0:1), Simao, 58 (0:2)
16 fevral
21:00. "Lokomotiv" (Rusiya) - "Atletik" (İspaniya)
22:00. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
22:00. "AZ Alkmaar" (Hollandiya) – "Anderlext" (Belçika)
22:00. "Latsio" (İtaliya) - "Atletiko" (İspaniya)
22:00. "Legia" (Polşa) - "Sportinq" (Portuqaliya)
22:00. "Salzburq" (İsveçrə) - "Metallist" (Xarkov, Ukrayna)
22:00. "Viktoriya" (Çexiya) – "Şalke" (Almaniya)
00:05. "Porto" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
00:05. "Hannover" (Almaniya) – "Brügge" (Portuqaliya)
00:05. "Styaua" (Rumıniya) - "Tvente" (Hollandiya)
00:05. "Stok Siti" (İngiltərə) – "Valensiya" (İspaniya)
00:05. "Trabzonspor" (Türkiyə) - PSV (Hollandiya)
00:05. "Udineze" (İtaliya) - PAOK (Yunanıstan)
00:05. "Visla" (Polşa) - "Standard" (Belçika)