Modern.az

Çempionlar Liqasında 1/8 final: "Barselona" almanlara aman vermədi - NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/8 final: "Barselona" almanlara aman vermədi - NƏTİCƏLƏR

Təhsil

15 Fevral 2012, 02:33

Fevralın 14-də UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Modern.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Almaniyanın "Bayer" (Leverkuzen) klubu doğma azarkeşləri önündə İspaniya "Barselona"sını qəbul edib. “Barsa” almanlara heç bir şans verməyib. Səfərdə 3:1 hesabı ilə qalib gələn "Barselona" 1/4 finala çıxmaq yolunda önəmli addım atıb.
 
Digər oyunda isə Fransa "Lion"u evdə Kiprin APOEL klubu ilə qarşılaşıb. ÇL-in bu mövsüm sürpriz komandalarından olan APOEL "Lion"la bacarmayıb. Matçın taleyini bir qol həll edib. Lakazettenin vurduğu qol Fransa təmsilçisinə qələbə qazandırıb - 1:0.


Çempionlar Liqasında 1/8 final
 
"Bayer" (Leverkuzen, Almaniya) – "Barselona" (İspaniya) - 1:3
Qollar:
Sançez, 41 (0:1), 55 (1:2), Kadleç, 52 (1:1), Messi, 88 (1:3)

"Lion" (Fransa) - APOEL (Kipr) - 1:0
Qol:
Lakazette, 58 (1:0) 


15 fevral
 
21:00. "Zenit" (Rusiya) – "Benfika" (Portuqaliya)

23:45. "Milan" (İtaliya) – "Arsenal" (İngiltərə)

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal