Modern.az

Elçibəyin oğlu: “Hələ ki evlənmək barədə düşünmürəm”

Elçibəyin oğlu: “Hələ ki evlənmək barədə düşünmürəm”

15 Sentyabr 2019, 13:05

“Artıq neçə ildir ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. İşimdən də məmnunam. Bu müddət ərzində hələ ki heç bir problemlə rastlaşmamışam. Ümid edirəm ki, belə də davam edər”.

 

Bu fikirləri Modern.az-a  mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev işdən ayrılması barədə gəzən söhbətlərə aydınlıq gətirərkən deyib.

 

Ərturqut Əliyev şəxsi həyatı haqqında geniş danışmaq istəmədiyini də bildirib:

 

“Hələ ki ailə qurmaq, toy etmək barədə düşünmürəm. Belə bir şey olarsa, hamı kimi sizin də xəbəriniz olacaq. Ona görə də şəxsi məsələlər barədə geniş danışmaq fikrim yoxdur”.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza