Modern.az

Bu gün Azərbaycanda 8 dərəcə isti olacaq - PROQNOZ

Bu gün Azərbaycanda 8 dərəcə isti olacaq - PROQNOZ

Təhsil

15 Fevral 2012, 09:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib ki, yaxın 2 gündə mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir. Temperatur tədricən yüksələcək.

Fevralın 15-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Temperatur gündüz 5-8 dərəə isti olacaq. Bakıda gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Temperaturun gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.  

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi yerlərdə 7 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gündüz 1-6 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gündüz 4-9 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Temperaturun gündüz 4-8 dərəcə isti, dağlarda 0-4 dərəcə  isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal