Modern.az

Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı

Yanğını söndürməyə gedən FHN-nin maşını çayda batdı

15 Sentyabr 2019, 17:55

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

 

Modern.az-ın məlumatına görə, ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

 

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

 

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.(Report.az)

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU