“Azərsu” Acıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhəri Ziya Bünyadov küçəsində 1200 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 15-16 fevral 2012-ci il tarixlərində paytaxtın Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. Məlumat Modern.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Modern.az