Türkiyə Silahlı Qüvvələrinin keçmiş rəisi silahlı terror təşkilatı qurmaq və idarə etməkdə təqsirli bilinir
İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq sədri general İlkər Başbuğ haqqındakı iddianaməni qəbul edib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq baş qərargah rəisi haqqında İstanbul 12-ci Ağır Cəza Məhkəməsi yanvarın 6-da həbs qərarı çıxarıb.
“İnternet andıcı” cinayət işi üzrə 7 saat prokurorluqda, saat yarım isə hakim tərəfindən sorğu-suala tutulan İlkər Başbuğa "silahlı terror təşkilatı qurmaq və idarə etmək" ittihamı irəli sürülüb.