Modern.az

Qaxda ağır qəza: yaralılar var

Qaxda ağır qəza: yaralılar var

Aktual

16 Sentyabr 2019, 23:57

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunun 5-ci kilometrliyində, rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “LL-507-RR” Gürcüstan dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobil yüksək sürətlə hərəkətdə olduğu zaman sürücü idarəetməni itirib və yol kənarındakı ağaclara çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, Əlibəyli kənd sakini 1992-ci il təvəllüdlü Canaşvili Vaxtanqi Mate oğlu müxtəlif növ bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralı müayinə olunur. Faktla bağlı araşdırmalara başlanılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi