Modern.az

“Eurovision 2012”yə akreditasiya başladı

“Eurovision 2012”yə akreditasiya başladı

Təhsil

15 Fevral 2012, 14:52

Bu gün saat 15.00-dan “Eurovision 2012” Mahnı Müsabiqəsinə akkreditasiya başlayıb.

Modern.az Eurovision.az saytına istinadən bildirir ki, qeydiyyat aprelin 20-nə kimi davam edəcək.

Bu gün Bakı vaxtı ilə saat 15.00-da (Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da) “Eurovision” Mahnı Müsabiqəsi 2012-də nümayəndə heyətləri, media  təmsilçiləri və fanlar üçün akkreditasiyaya start verilib. Qeydiyyat aprelin 20-də Bakı vaxtı ilə 02.59-da (Mərkəzi Avropa vaxtı ilə saat 23:59-da) başa çatacaq.

Akkreditasiya prosesi ənənəvi olaraq www.eurovision.tv saytında Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək.

Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir.

Qeyd edək ki, yalnız akkreditasiyadan keçən media mənsubları Eurovision Mahnı Müsabiqəsini işıqlandıra biləcək.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal