Modern.az

Rəsmi Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib? - AÇIQLAMA

Rəsmi Bakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib? - AÇIQLAMA

17 Sentyabr 2019, 11:42

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hər hansı status üçün müraciət etməyib. Modern.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O həmçinin bildirib ki, Ermənistanın müxtəlif səviyyələrdə fobiyası var.


"Azərbaycan tərəfi müraciət etməsə də, Ermənistan özünün fobiyaları və komplekslərindən irəli gələrək,  hər bir məsələni diplomatik çərçivədən kənar şəkildə müzakirə etməyə çalışır".


Xatırladaq ki. Rusiya daha əvvəllər Azərbaycana KTMT-yə üzvlüklə bağlı təklif etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama