Modern.az

Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO

Bakıda

Aktual

17 Sentyabr 2019, 22:57

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı "Gənclik" metrostansiyası yaxınlığında yolu keçərkən "Maserati" markalı "10-XE-011" dövlət qeydiyyat nişanlı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Qafqazinfo" sözügedən avtomobillə bağlı fotoları əldə edib. Avtomobilin Elvin adlı şəxsə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi