Modern.az

Güclü külək Bərdədə fəsadlar törətdi

Güclü külək Bərdədə fəsadlar törətdi

17 Sentyabr 2019, 23:48

Axşam saatlarında Bərdə rayonunda əsməyə başlayan güclü külək elektrik təsərrüfatına ziyan vurub.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, hazırda Bərdə şəhəri də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisi nəqlində fasilələr yaranıb.

"Azərişıq" ASC-nin Bərdə rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, enerji təminatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu