Modern.az

Türk Hava Yolları təyyarəsi təcili eniş edib

Türk Hava Yolları təyyarəsi təcili eniş edib

18 Sentyabr 2019, 00:09

Türk Hava Yollarının “Turkish Cargo” şirkətinə məxsus “Airbus A330-200F” tipli yük təyyarəsi təcili eniş edib.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Hava Limanından səmaya qalxan təyyarə bir neçə dəqiqə sonra eniş üçün geri dönüb.

Təyyarə yanacaq çənlərini boşaltmaq üçün təxminən 3 saat İstanbul səmasında dövrə vurub. Əvvəlcə Bursaya enmək qərarı verilsə də son məqamda təyyarə Atatürk Hava Limanına enib. Bildirilir ki, qəza enişinə səbəb təyyarənin quş sürüsünə çırpılması olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi